"Çelsi" Braziliya klubundan futbolçu transfer edir

"Çelsi" Braziliya klubundan futbolçu transfer edir
Braziliyanın "İnternasional" futbol klubunun prezidenti Covanni Luigi, komandasının futbolçusu Oskarın İngiltərənin "Çelsi" futbol klubuna transfer olunacağını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, klub prezidenti Braziliyanın "Guiaba" radiosuna müsahibəsində qeyd edib ki, artıq futbolçunun keçidi ilə bağlı "zadəğanlarla" transfer məsələsininin bütün detalları razılaşdırılıb və yaxın bir neçə həftədə futbolçunun "Çelsi"yə keçidi baş tutacaq. Xatırladaq ki, bir başqa Premyer Liqa təmsilçisi "Tottenhem"-in də Oskarı transfer etmək üçün hərəkətə keçdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə