Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov \"Zestafoni\" - \"Neftçi\" oyununu stadiondan izləyəcək. Siasport.az saytının məlumatına görə, o, baş məşqçi Berti Foqtsun göstərişinə əsasən Gürcüstana gedəcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 24-də saat 22:00-da start fiti veriləcək oyun Zestafoni şəhərindəki David Abaşidze adına stadionda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB