\"Xəzər Lənkəran\" bu gün Azərbaycanı tərk edəcək

\"Xəzər Lənkəran\" bu gün Azərbaycanı tərk edəcək

\"Xəzər Lənkəran\" klubu bu gün Azərbaycanı tərk edəcək. Siasport.az saytının məlumatına görə, cənub təmsilçisi saat 15:00-da Polşaya yola düşəcək. Komandanın Polşaya getməsinin səbəbi isə iyulun 26-da Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə "Lex"lə cavab oyunudur. Komanda yerli mühitə uyğunlaşmaq üçün matça 3 gün qalmış səfərə çıxır. Lənkəranlılar Polşaya çarter reysi ilə gedəcəklər. \"Xəzər Lənkəran\"ın oyuna qədər iki məşqi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə