Xəbər verdiyimiz kimi, "İnter" klubu \"Dalğa-Arena\" stadionunda \"Şuşa\" klubu ilə yoxlama görüşü keçirib. Siasport.az saytının məlumatına görə, bu oyunda \"İnter\"in baş məşqçisi Kaxaber Tsxadadze əsasən \"Asteras\" klubu ilə görüşdə meydana çıxmayan oyunçulara şans verib.
Məlumat üçün bildirək ki, \"İnter\"-\"Şuşa\" matçı 3:0 hesabı ilə birincinin xeyrinə başa çatıb. \"İnter\"in heyətində Daniel Genov, Baçana Tsxadadze və Ramil Mansurov fərqlənib.
Qeyd edək ki, iyulun 24-ü bankirlər \"Asteras\"-\"İnter\" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasını keçirəcək. Belə ki, "İnter"Tripolis şəhərinə yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB