\"Neftçi\" Peşəkar Futbol Klubunun Əvəzedici heyəti Gürcüstanda təlim-məşq prosesini davam etdirir. Siasport.az saytının məlumatına görə, iyulun 16-dan etibarən Kobuleti şəhəri yaxınlığındakı Ureki qəsəbəsində məskunlaşan komanda baş məşqçi Elşad Əhmədovun rəhbərliyi altında gündə iki dəfə məşq edir. Bundan əlavə, əvəzedicilər hazırlıq çərçivəsində ilk yoxlama oyununu Gürcüstanın \"Mertsxali\" klubuna qarşı keçirib. Belə ki, görüş 0-0 hesabı ilə nəticələnib. Növbəti sınaq matçı isə iyulun 25-də keçiriləcək.
Məlumat üçün bildirək ki, bir gün öncə isə əvəzedici komanda Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda \"Neftçi\"nin əsas komandasını dəstəkləmək üçün Zestafoniyə yollanacaq. Xatırladaq ki, həmin qarşılaşma iyulun 24-də Bakı vaxtı ilə saat 22:00-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB