WTA Bakı turnirinin finalçıları bəlli olub

WTA Bakı turnirinin finalçıları bəlli olub
Bakı Tennis Akademiyası bu il yenidən dünya tennis ulduzlarını öz kortlarına dəvət edib. Siasport.az saytının məlumatına görə, WTA beynəlxalq seriyalı turnir, "Baku Cup" bu gündən start götürüb. İlk iki gün ərzində kvalifikasiya oyunları keçiriləcək. Artıq finalçılar bəlli olub. Yeniyetmə Olimpiadasının qalibi, yeniyetmələr arasında US Open və Roland Qarros kimi turnirlərinin həm təklər, həm də cütlüklərdə qalib olan Rusiyalı Darya Qavrilova kvalifikasiya mərhələsində inamlı qələbə ilə başlayıb. Rusiyalı tennisçi kvalifikasiyanın ilk raundunda həmyerlisi Anna Smolinadan üstün ola bilib. 1 saat 3 dəqiqə davam edən görüş Qavrilovanın 6-1 6-1 hesablı qələbəsi ilə yekunlaşıb. Darya Qavrilova turnirin əsas hissəsinə çıxmaq uğrunda mübarizəni kvalifikasiya mərhələsinin lideri Avstraliyalı Saşa Cons ilə aparacaq.Digər Avstraliya təmsilçisi Stefani Benqson kvalifikasiya mərhələsinin ilk raundunda Belarusiyalı Yekaterina Jehaleviçə məğlub olub. Yekaterina 1 saat 6 dəqiqəyə Benqsona 6-0 6-3 hesabı ilə qalib gəlib. O, kvalifikasiyanın final mərhələsində Rusiya təmsilçisi Valeriya Solovyeva ilə üz-üzə-üzə gələcək .Çin təmsilçiləri də turnirə qələbə ilə başlayıblar. Qianq Uanq Rusiyalı Nina Xrisanovanı, Yi-Miao Jou isə Ukrayna təmsilçisi Oleksandra Koraşvilini məğlub edə bilib. Onların növbəti rəqibləri uyğun olaraq, yaponiyalı Rika Fujivara və Aleksandra Kruniç (SRB) olacaq.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə