Polona Hertsoq yarımfinalda

Ötən il Bastadda ilk titulunu qazanan sloveniyalı tennisçi Polona Hertsoq bu il artıq yarımfinal mərhələsinə yüksəlib. Siasport.az saytının məlumatına görə, turnirdə nömrə ala bilməyən Hertsoq 1/4 final mərhələsində uğurlu çıxış edərək bolqarıstanlı rəqibi Tsvetana Pironkovadan üstün ola bilib. Qarşılaşma zamanı Hertsoq üç setdə qalib gəlib. Hertsoq 2 saat 23 dəqiqə davam edən çıxışı zamanı 3-6, 7-5, 6-4 hesabla aktivinə xal yazdırıb. Sloveniyalı tennisçi matçda eysə imza ata bilməyib və 2 ikili səhvə yol verdiyi halda Pironkova 4 eys və 8 ikili səhv ilə fərqlənib. Üç dəfə servisində məğlub olan Hertsoq dörd dəfə breyk edərək 192 xaldan 100-ünü aktivinə uğurla yazdırıb.

Məlumat üçün bildirək ki, turnirin beşincisi rusiyalı Anastasiya Pavlüçenkova yarımfinala yüksələ bilməyib. Fransa təmsilçisi Matilda Yohansson onu iki setdə turnirdən uzaqlaşdırıb. Matilda ikinci setdə hətta Pavlüçenkovaya qeym belə qazandırmayıb. Sadəcə 57 dəqiqə davam edən görüşə Yohanssonun 6-4, 6-0 hesablı qələbəsi ilə yekun vurulub. Yohansson maçda 1 eysə (3) və 3 ikili səhvə (7) imza atıb. Sadəcə bir dəfə servisində məğlub olan Yohansson beş dəfə breyk edə bilib. Fransalı Matilda görüş zamanı 87 xalın 56-sını aktivinə yazmağı bacarıb.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə