\"Sumqayıt\" Türkiyədə ilk məşqinə çıxdı

\"Sumqayıt\" Türkiyədə ilk məşqinə çıxdı

2012/2013 mövsümünə hazırlaşan "Sumqayıt" klubu artıq Türkiyənin Nevşehir bölgəsinə çatıb. Siasport.az saytının məlumatına görə, komanda səhər saatlarında "Avrasiya" otelinin meydançasında ilk məşqinə çıxıb. Bernhard Raabın komandasında zədəli futbolçu yoxdur.


Qeyd edək ki, "Sumqayıt" FK Türkiyədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 24-də baş tutacaq görüşdə komanda ilk olaraq "Kayseri Erciyespor"la üz-üzə gələcək. \"Sumqayıt\" iyulun 26-da isə "Ankaragücü" ilə qüvvəsini sınayacaq. Bernhard Raabın komandası son yoxlama oyununu iyulun 28-də Bank Asiya 1-ci liqaya vəsiqə qazanmış "1461 Trabzon" klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə