Türkiyənin "Beşiktaş" klubu Avstriyadakı ikinci hazırlıq matçında İngiltərə Premyer Liqasının çempionu "Mançestr Siti" ilə qarşılaşıb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Auero və Kompaninin qollarına əngəl ola bilməyən "qara qartallar" meydandan 2:0 hesablı məğlubiyyətlə ayrılıb.
Görüşün ilk hissəsində "Beşiktaş" rəqibi qarşısında təsirli olub. Xüsusilə hücum xəttində Mustafa Pektemekin təsirli oyunu "Mançestr Siti"yə çətin anlar yaşadıb. Manuel Fernandezin də gözəl oyunu ilə qol vəziyyətləri yaradan "qara-ağlı" komanda Olcay Şahin, Mehmet Akyüzlə hesabı öz lehinə dəyişə bilməyib. İlk hissənin son dəqiqələrində isə "Beşiktaş"ın müdafiədə bir anlıq yaratdığı diqqətsizlikdən istifadə edən "Mançestr Siti" argentinalı ulduz Aqueronun qolu ilə irəli keçib. İlk hissə elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, ikinci hissədə hər iki komandanın oyun tempi düşüb. 57-ci dəqiqədə "Beşiktaş" müdafiəsini keçən Vinsent Kompany qapıçı Cenkin müdaxiləsinə baxmayaraq, topu tora qovuşdura bilib və hesab 2:0 olub. Mübarizənin qalan hissəsində önəmli qol vəziyyəti yaranmayıb və "Beşiktaş" Avstriyadakı ikinci hazırlıq matçında meydandan 2:0 hesablı məğlubiyyətlə ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB