Qızlarımız Avropa çemionatında 4 medal qazandılar

Qızlarımız Avropa çemionatında 4 medal qazandılar

Polşanın Katovitse şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında qızların mübarizəsinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığma komandası ümumilikdə 4 medal qazanıb.

52 kq çəki dərəcəsində çıxış edən Almaz İsmayılova Böyük Britaniya, Almaniya və Polşadan olan rəqibləri üzərində qələbə qazanaraq finala çıxıb. O, həlledici qarşılaşmada Rusiya güləşçisinə uduzaraq gümüş medalla kifayətlənib.

65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala vəsiqə əldə edib, amma həlledici görüşdə bolqarıstanlı rəqibinə məğlub olaraq qitə çempioantını gümüş medalla bitirib.

56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub.

40 kq çəki dərəcəsində Sahilə Ələkbərova və 46 kq çəki dərəcəsində Arzu Əliyeva isə 3-cü yeri tutub.

Komanda hesabında 45 xal toplayan yığmamız 5-ci olub. İlk dördlükdə Rusiya (90 xal), Ukrayna (75 xal), Polşa (50 xal) və Türkiyə (48 xal) qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə