Bu gün “Qəbələ” növbəti rəqibi ilə üz-üzə gələcək

Bu gün “Qəbələ” növbəti rəqibi ilə üz-üzə gələcək
Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ" növbəti yoxlama oyununu keçirəcək. Siasport.az saytının məlumatına görə, görüşlər çərçivəsində klubun qarşılaşacağı üçüncü rəqibin adı da müəyyənləşib. Belə ki, komanda iyulun 21-i Bakı vaxtı ilə saat 21:00-da Serbiya təmsilçisi "Rad" Belqrad ilə üz-üzə gələcək.

Məlumat üçün bildirək ki, paytaxt Belqradı təmsil edən klubun əsası 1958-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə