“Qarabağ” Boluda AZAL-la qarşılaşacaq

“Qarabağ” Boluda AZAL-la qarşılaşacaq
Xəbər verdiyimiz kimi, "Qarabağ" yenidən Avropa Liqasına hazırlıqlarını davam etdirmək üçün Türkiyənin Bolu şəhərinə səfər edib. Siasport.az saytının məlumatına görə, bu gün komandanın proqramında bir məşq var. Axşam isə saat 18:30-da başlayan məşq 90 dəqiqə davam edib. Məşqdə Bəxtiyar Soltanov və Rauf Əliyev fizioterapevt nəzarətində çalışıb.

Məlumat üçün bildirək ki, klub iyulun 21-də yoxlama oyunu keçirməyi planlaşdırırdı. Artıq bu günkü rəqibimiz bəllidir. Belə ki, Ağdam təmsilçisi AZAL-la qarşılaşacaq. Oyun Boludakı "Koru" otelinin meydançasında baş tutacaq.

Xatırladaq ki, görüş yerli vaxtla 17:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə