Azərbaycan “İnter”i Portuqaliya klubu ilə qarşılaşa bilər

Azərbaycan “İnter”i Portuqaliya klubu ilə qarşılaşa bilər

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Siasport.az saytının məlumatına görə, turnirdə çıxış edən Azərbaycan təmsilçiləri "İnter" və "Xəzər Lənkəran"ın ikinci təsnifat mərhələsini adlayacağı təqdirdə qarşılaşacağı komandalar müəyyənləşib.

Məlumat üçün bildirək ki, "İnter" iki oyunun nəticəsinə əsasən Yunanıstanın "Asteras" klubunu mübarizədən kənarlaşdırarsa, Portuqaliyanın "Maritimu" klubu ilə qarşılaşacaq. "Xəzər Lənkəran" isə Polşanın "Lex" klubunu üstələyərək üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacağı təqdirdə, AİK (İsveç) – "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin, həmçinin AİK (İsveç) – "Hafnarfyordur" (İslandiya) cütünün ikinci təsnifat mərhələsində keçirdiyi ilk oyun 1:1 hesabı ilə başa çatıb. İkinci təsnifat mərhələsinin cavab oyunları iyulun 26-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə