Avstriyada təlim-məşq toplanışda olan \"Simurq\" klubu bu gün ikinci yoxlama oyununa çıxır. Siasport.az saytının məlumatına görə, baş məşqçi Georgi Çixradzenin yetirmələri Almaniya təmsilçisi ilə görüşəcəklər.
"Simurq"un rəqibi Drezdenin "Dinamo" klubudur. Bu mövsüm artıq bir neçə klubumuzla üz-üzə gələn komanda bu dəfə də Zaqatala təmsilçisini sınağa çəkəcək.
Qeyd edək ki, "Simurq" Avstriyadakı ilk sınaq matçını Səudiyyə Ərəbistanı təmsilçisi "Al Ahli Jeddah" klubuna qarşı keçirmiş və 1:3 hesabıyla məğlub olmuşdu.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB