\"Real\"lı futbolçu “Valensiya”ya yollanıb

\"Real\"lı futbolçu “Valensiya”ya yollanıb

\"Real\" klubunun yarımmüdafiəçisi Fernando Qaqo karyerasını \"Valensiya\"da davam etdirəcək. Siasport.az saytının məlumatına görə, artıq tərəflər arasında razılıq olub. Argentinalı futbolçu müqaviləni rəsmiləşdirmək üçün Valensiya şəhərinə yola düşüb.


Məlumat üçün bildirək ki, Qaqo \"Valensiya\" komandasının futbolçusu kimi ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsümü \"Roma\" klubunda keçirib.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə