Van Persi üçün 25 milyon istəyiblər

Van Persi üçün 25 milyon istəyiblər

"Arsenal" klubunun forveti Robin Van Persi komanda ilə Asiya turnesinə getməyəcək. Siasport.az saytının Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb klubun "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus"dan rəsmi təklif almasıdır. Klublar hollandiyalı hücumçuya görə 15 milyon funtsterlinq ödəməyə hazır olduqlarını deyib. "Arsenal" heyəti isə futbolçunun transferinin reallaşması üçün ən azı 25 milyon tələb edirlər.

Qeyd edək ki, Van Persi klubla müqaviləni artırmaq istəmədiyini və "Arsenal"ı tərk etmək fikrində olduğunu bildirib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə