“Aslanlar” mərakeşli futbolçunu transfer edib

“Aslanlar” mərakeşli futbolçunu transfer edib

Son vaxtlarda Həmit Altıntop və Burak Yılmazı heyətinə qəbul edən Türkiyənin \"Qalatasaray\" klubu daha bir futbolçunun transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, \"Cim Bom\" \"Kayserispor\"un oyunçusu Nordin Amrabatla 5 illik müqaviləyə imza atıb. Türkiyəli "aslanlar" mərakeşli yarımmüdafiəçi üçün Kayseri təmsilçisinə 8 milyon avro ödəməyi öz üzərinə götürüb. Futbolçu ilk mövsümündə 1 milyon avro qazanacaq. Növbəti 4 ildə isə futbolçunun məvacibi hər dəfə 100 min avro artacaq.

Qeyd edək ki, Amrabat yeni komandasında 53 nömrəli formanı geyinəcək.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə