\"Neftçi\"nin Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşdi

\"Neftçi\"nin Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşdi

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə,tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub. Mərasimdə Azərbaycan təmsilçisi \"Neftçi\"nin rəqibləri müəyyənləşib. Əgər \"Neftçi\" Çempionlar Liqasının II təsnifat mərhələsini keçə bilsə, \"Jilina" (Slovakiya) - "Hapoel\" (Kiryat-Şmona, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Bu cütün ilk oyununda solvaklar qalib gəlib (1:0).

Xatırladaq ki, \"Neftçi\"II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın \"Zetafoni\" klubunu 3:0 hesabı ilə darmadağın edib və növbəti mərhələyə çıxmaq üçün böyük şans qazanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə