“Xəzər Lənkəran” və \"İnter\"in potensial rəqibləri müəyyənləşib

“Xəzər Lənkəran” və \"İnter\"in potensial rəqibləri müəyyənləşib

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Siasport.az saytının məlumatına görə, tədbir saat 16.30-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Püşkatmada əgər mərhələnini keçərlərsə, "Xəzər Lənkəran" və "İnter"in potensial rəqibləri müəyyənləşəcək.

Xatırladaq ki, II təsnifat mərhələsində ilk oyunda \"Xəzər Lənkəran\" Polşanın \"Lex\" klubu ilə, \"İnter\" isə Yunanıstanın \"Asteras\" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Püşkatmada mübarizəyə birbaşa bu mərhələdən başlayan 18 komanda ilə yanaşı, 40 cüt iştirak edəcək.

Artıq "Xəzər Lənkəran" və "İnter"in potensial rəqibləri bəllidir.

"Xəzər Lənkəran" – "Lex" cütünün qalibinin potensial rəqibləri:

"Omonia" (Cənubi Kipr)
"Slovan" (Slovakiya) – "Videoton" (Macarıstan) (ilk oyun – 1:1)
"Eskişəhərspor" (Türkiyə) – "St. Johnstone" (Şotlandiya) (ilk oyun – 2:0)
"Jalgiris" (Litva) – "Admira" (Avstriya) (ilk oyun – 1:1)
JJK (Finlandiya) – "Zeta" (Çernoqoriya) (ilk oyun – 3:2)
AİK (İsveç) – "Hafnarfyordur" (İslandiya) (ilk oyun – 1:1)

"İnter" – "Asteras" cütünün qalibinin potensial rəqibləri:

"Hannover 96″ (Almaniya)
"Atletik" (İspaniya)
"Maritimo" (Portuqaliya)
"Metallurq" (Latviya) – "Legia" (Polşa) (ilk oyun – 2:2)
"Anji" (Rusiya) – "Honved" (Macarıstan) (ilk oyun – 1:0)
"Rusenborq" (Norveç) – "Ordabası" (Qazaxıstan) (ilk oyun – 2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə