“Xəzər Lənkəran”ı hansı rəqiblər gözləyir?

“Xəzər Lənkəran”ı hansı rəqiblər gözləyir?

Avropa Liqasının III təsnifat mərhələsinin bu gün püşkatma mərasimi keçiriləcək. Siasport.az saytının məlumatına görə, mərasimə Bakı vaxtı ilə saat 16.30-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında start veriləcək.

Məlumat üçün bildirək ki, bu gün keçiriləcək püşkatma mərasimində Azərbaycanın iki klubunun rəqibi məlum olacaq. Bunlardan biri "Xəzər Lənkəran" klubudur. Xatırladaq ki, II təsnifat mərhələsində iştirak edən "Xəzər Lənkəran" klubu ilk oyununda Polşanın "Lex" klubu ilə heç-heçə edib.

Onu da əlavə edək ki, "Xəzər Lənkəran" – "Lex" cütünün qalibinin potensial rəqibləri aşağıda adları göstərilən klublar hesab olunur:

"Omonia" (Cənubi Kipr)

"Slovan" (Slovakiya) – "Videoton" (Macarıstan) (ilk oyun – 1:1)

"Eskişəhərspor" (Türkiyə) – "St. Johnstone" (Şotlandiya) (ilk oyun – 2:0)

"Jalgiris" (Litva) – "Admira" (Avstriya) (ilk oyun – 1:1)

JJK (Finlandiya) – "Zeta" (Çernoqoriya) (ilk oyun – 3:2)

AİK (İsveç) – "Hafnarfyordur" (İslandiya) (ilk oyun – 1:1).

Bütün xəbərlər Facebook səhifəmizdə