\"Simurqun\" məşqini klub rəhbərliyi də izləyib

\"Simurqun\" məşqini klub rəhbərliyi də izləyib

"Simurq" klubu növbəti mövsümə hazırlıqları Avstriyada davam etdirir. Siasport.az saytının məlumatına görə, klub rəhbərliyi komandanın məşqlərini izləyib. Belə ki, klubun prezidenti Anar Bəkirov və vitse-prezidenti Aydın Rzayev komandanın hazırlıq durumu ilə tanış olub, baş məşqçi Georgi Çixradzeilə müzakrələr aparıb.

Qeyd edək ki, klub rəhbərliyi sabah \"Dinamo Drezden\"lə keçiriləcək yoxlama görüşündə də komandanı yalnız buraxmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə