“Qəbələ” Qvineya yığmasının üzvünü heyətinə daxil edib

“Qəbələ” Qvineya yığmasının üzvünü heyətinə daxil edib

Sloveniyada hazırlıqlarını davam etdirən "Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Siasport.az saytının məlumatına görə, Qvineya yığmasının üzvü Omar Kalabane ilə 2 illik müqavilə imzalanıb. 31 yaşlı müdafiəçi karyerası ərzində Tunisin "ES Sabel", Fransanın "Oser", Türkiyənin "Manisaspor" və BƏƏ-nin "Əl-Dafra" klublarında top qovub.

Məlumat üçün bildirək ki, hazırda "Qəbələ"nin düşərgəsində olan Kalabane artıq yeni komandası ilə məşqlərə çıxıb.

İndi isə futbolçu ilə yaxından tanış olaq:

Ad: Omar Kalabane

Mövqey: Müdafiəçi

Doğulduğu yer: Konakri, Qvineya

Doğulduğu tarix: 08.04.1981

Boyu: 1,92 m

Çəkisi: 79 kq

Bütün xəbərlər Facebook səhifəmizdə