"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

2012/2013 mövsümü üçün hazırlığını davam etdirən "Sumqayıt" klubunun əvəzedici komandası növbəti yoxlama oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, Vaqif Paşayevin yetirmələri "Qəbələ"nin əvəzedicilərini 2:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Qollardan birini Şəmsi Əlisoylu vurub. Digər top isə avtoqol nəticəsində "Qəbələ"nin qapısından keçib.


Qeyd edək ki, "Sumqayıt"ın əvəzediciləri ötən həftə "Bakı" ilə üz-üzə gəlmişdi (2:3).

Bütün xəbərlər Facebook səhifəmizdə