Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən"İnter" - "Asteras" matçından (1:1) sonra "İnter" klubunun baş məşqçisi Kaxabet Tsxadadze oyun barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, birinci hissədə qarşılaşmanı istədikləri kimi qura bilmədiklərini bidirib: "Asteras"la görüşün ilk hissəsində komandamızın oyunu alınmadı. Fasilədən sonra hücuma atıldıq, bir neçə qol imkanımız da oldu. Lakin nə Hacıyev, nə də Kandelaki bu imkandan yararlana bildi. Komandamız hesabı açsa da, heç nədən qol buraxdıq. Bundan sonra futbolçular sanki ruhdan düşdülər. Xüsusilə hücümda çatışmazlıqlar oldu. Taktiki səhvlərimiz olmadı. Futbolçularımızda inamsızlığı növbəti görüşdə aradan qaldırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB