Mariuş Rumak: “Xəzər Lənkəran”ın daha çox bəxti gətirdi”

Mariuş Rumak: “Xəzər Lənkəran”ın daha çox bəxti gətirdi”

"Hər şeyə Poznanda aydınlıq gələcək". Siasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Xəzər Lənkəran"la heç-heçə edən (1:1) Polşanın "Lex" klubunun baş məşqçisi Mariuş Rumak deyib. O, cavab oyununun çətin keçəcəyini qeyd edib: "Xəzər Lənkəran" yaxşı komandadır və bizə cavab matçında çətin olacaq. Düşünürəm ki, bu qarşılaşmada "Xəzər Lənkəran"ın daha çox bəxti gətirdi, nəinki bizim. Biz sonuncu dəfə 4 ay əvvəl məğlub olmuşuq. Poznanda da məğlub olmaq fikrimiz yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə