Yunis Hüseynov: “Qapımıza cəmi 1 zərbə vuruldu, o da qolla nəticələndi”
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Polşanın "Lex" klubu ilə qarşılaşan (1:1) "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov oyun barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, matçın gərgin keçdiyini qeyd edib: "Oyun gərgin keçdi. Rəqib top saxlayırdı. Qapımıza cəmi 1 zərbə vuruldu, o da qolla nəticələndi".
Mütəxəssis hesabın başqa cür ola biləcyini vurğulayıb: "Oyunçularım vuruşdular. Yalnız son anlarda dəqiq ola bilmirdilər. Adrian Pit o vəziyyətdə fərqlənə bilsəydi, hesab başqa cür ola bilərdi. Komanda getdikcə daha yaxşı oynayır. Gələn qarşılaşmada bundan da yaxşı oynayacağıq".
Baş məşqçi növbəti oyuna ümidlə baxır: "Baxışda olan futbolçumuz da var. Onu da sınaqdan keçirəcəyik. Çalışırıq problemləri həll edək. Düzdü, adi vəziyyətlərdən top buraxırıq. Çalışıb səfərdəki qarşılaşmada bunu təkrarlamamalıyıq. Gəlin etiraf edək ki, "Lex" də güclü komandadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB