Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşündə "Xəzər Lənkəran" Polşanın "Lex" klubunu qəbul edib. Görüşdə qalibi müəyyənləşməyib.
Hərçənd "Xəzər" erkən qola imza ata bilib. 4-cü dəqiqədə Branimir Subaşiç fərqlənib. Amma komandamızın sevinci cəmi 15 dəqiqə çəkib. 19-cu dəqiqədə Mozdren bərabərlik qoluna imza atıb-1:1
Qalan dəqiqələr ərzində qapılar qarşısında təhlükəli vəziyyətlər olsa da, hesab dəyişməyib. Təkrar görüş gələn həftə oynanılacaq.
"Xəzər Lənkəran" (AZƏRBAYCAN) - "Lex" (Polşa) - 1:1
Qollar: Branimir Subaşiç, 4 (1:0), Mateusz Mozdren, 19 (1:1)
Qırmızı vərəqə: Simon Drevniak ("Lex", 90+1)
"Xəzər Lənkəran": 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz (Rendal Brenes, 46), 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmiqruliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit (Rikardo Qomes, 80), 21. Radomir Todorov, 27. Manuel Skarlatake
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 81. Rikardo Qomes, 11. Ramol Brenes, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 18. Alim Qurbanov
"Lex": 1. Yasmin Buriç, 5. Manuel Arboleda, 14. Voya Ubiparip (Gergo Lovrensiç, 86), 16. Rafael Muravski, 17. Simon Drevniak, 18. Bartos Slusarsk (İvan Dzvarzdeyviç, 62), 20. Hubert Volakyeviç, 24. Aleksandr Tonev (Yakub Vilki, 76), 25. Luis Henri Quez, 32. Mateusz Mozdren, 35. Marçin Kaminski
Ehtiyat oyunçular: 27. Kristofer Katarovski, 3. İvan Dzvarzdeyviç, 4. Tomas Kedziora, 7. Yakub Vilki, 8. Yaçek Kleb, 11. Gergo Lovrensiç, 28. Bartos Beresszynski
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB