Bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" klubu ilə ilk oyuna çıxacaq "Xəzər-Lənkəran"ın heyətinə baxışa yeni futbolçu cəlb olunub. Siasport.az saytının məlumatına görə, cənub təmsilçisi Makedoniya yığmasının üzvü Filip Petkovskini sınaqdan keçirir.
Baş məşqçi yaxın günlərdə sözügedən futbolçu barədə qərarını verəcək.
1990-cı il təvəllüdlü futbolçu 2009-cu ildən 21 yaşlılardan ibarət Makedoniya yığmasında top qovur. Filip 2009-2012-ci illərdə "Rabotniçki"də keçirdiyi 31 qarşılaşmada 2 qol vurub.
2010/11 mövsümündə isə II liqa təmsilçisi "Tıkveş"ə icarəyə verilən 1,90 metr boya malik hücumçu 6 matçda 1 dəfə fərqlənib. F.Petkovski bu ildən məxsus olduğu həmin klubda 8 oyunda 10 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB