Şahin Diniyev: “İnter”in rəqibi torbada qara pişiyə bənzəyir” - MÜNASİBƏT
"Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk qaşılaşmasını keçirəcək hər iki təmsilçimiz üçün oyunlar ağır olacaq". Bu sözləri Siasport.az saytına açıqlamasında millimizin və Rusiyanın "Terek" klubunun sabiq baş məşqçisi Şahin Diniyev deyib. O, "Xəzər Lənkəran"ın rəqibi olan Polşanın "Lex" klubunun güclü, çılğın azarkeş kütləsinin olduğunu, rəqibin səfərdə məğlub olmamağa, ən azından heç-heçəyə nail olmağa çalışacağını, doğma azarkeşlər önündə isə qələbə qazanmaq niyyətində olacağını deyib. Mütəxəssis "Lex" klubunun daha təcrübəli olduğunu vurğulayıb.
"İnter"in rəqibi olanYunanıstanın \"Asteras\" klubunun da güclü komanda olduğunu qeyd edən Ş.Diniyev bu komandanın Azərbaycanda keçiriləcək oyunda qol vurmağa çalışacağını, ancaq cütün taleyinin cavab qarşılaşmasında bəlli olacağını bildirib: "İnter"in rəqibi torbada qara pişiyə bənzəyir. Onun gücü tam olaraq bilinmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB