\"Lex\" klubu Azərbaycana aşpazını və yeməklərini də gətirib

\"Lex\" klubu Azərbaycana aşpazını və yeməklərini də gətirib
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində \"Xəzər Lənkəran\" Polşanın \"Lex\" klubu ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bununla əlaqədar olaraq ölkəmizə gəlmiş, hazırda oyuna hazırlaşan polşalılar özləri ilə aşpazlarını və yeməklərini də gətiriblər. Belə ki, onlar Azərbaycan mətbəxini tanımadıqlarına görə problem yaşamaq istəməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə