"Real"ın  futbolçusu "Yuventus"un 45 milyon avroluq təklifindən imtina etdi

"Real"ın futbolçusu "Yuventus"un 45 milyon avroluq təklifindən imtina etdi
Futbol üzrə son İtaliya çempionu olan "Yuventus", Madrid "Real"ının ulduz futbolçusu üçün kral klubuna sərfəli təklif göndərib. Siasport.az saytı "Marça" qəzetinə istinadən xəbər verir ki, "qoca sinyora", Higuain üçün "Real"a 45 milyon avro transfer qiyməti və illik 7 milyon avroluq məvacib təklifi göndərsə də, argentinalı futbolçu baş məşqçi Joze Maurinyo ilə görüşəndən sonra bu təklifi rədd edib. "Marça"nın yazdığına görə, portuqaliyalı futbol mütəxəssisi argentinalı futbolçunu "Real"ın ilk 11-liyində düşündüyünü deyərək, onu komandada qalmağa razı salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə