Messi: “Mükafatın “Barselona”da qalmağını çox istəyirəm”

Messi: “Mükafatın “Barselona”da qalmağını çox istəyirəm”

"Barselona" klubunun ulduzu Lionel Messi ilin ən yaxşı futbolçusu mükafatı olan "Ballon d’Or" üçün namizəd kimi komanda yoldaşları Xavi və Andres İniestanı göstərib. Siasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, son üç ildə göstərdiyi uğurlu performansı ilə birlikdə mükafatı əldən verməyən Messi, əvvəlki mövsümdə aktivinə yazdırdığı 73 qolla yenə "Ballon d’Or" mükafatına ən real futbolçu kimi göstərilir.

Məlumat üçün bildirək ki, jurnalistlərin suallarını cavablandıran argentinalı futbol ulduzu, mükafatla bağlı suallara toxunub: "Bu mükafatın "Barselona"da qalmağını çox istəyirəm. Xavi və İniesta bu mükafata ən layiq futbolçulardır. Son illərdə etdikləri və AVRO 2012-də göstərdikləri performansla bunu qazanmağa layiq olublar".

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə