\"Bavariya\"  Martinezdən imtina etdi!

\"Bavariya\" Martinezdən imtina etdi!
Almaniyanın \"Bavariya\" futbol klubu, uzun zamandır transfer gündəmində olan futbolçunu heyətinə cəlb etməkdən imtina edir. Siasport.az saytı xəbər verir ki, \"pivəçilər\" \"Atletiko Bilbao\"nun forvardı Javi Martinezi komandalarında görmək istəsələr də, İspaniya təmsilçisinin futbolçu üçün 40 milyon avro istəməsi vəziyyəti gərginləşdirib. \"Bavariya\"nın nümayəndəsi Karl Henz Rummenige jurnalistlərə bildirib ki, əgər \"Atletiko Bilbao\" transfer qiymətində geri addım atmasa, o zaman alman klubu bu transferdən birdəfəlik vaz keçəcək. O bildirib ki, Avropada heç bir futbol klubu belə futbolçu üçün bu qədər pul ödəməz.

Bütün xəbərlər Facebook səhifəmizdə