Bakıda \"Olimpiyaçılarımıza dəstək olaq\" devizi altında veloyürüş keçiriləcək
İyulun 23-də saat 20:00-da Yeni Bulvarın xüsusi velosiped yolunda \"Olimpiyaçılarımıza dəstək olaq!\" devizi altında veloyürüş keçiriləcək. Siasport.az saytının məlumatına görə, veloyürüş Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, yürüş iştirakçıları \"Dalğa Plaza\" İş Mərkəzinin arxasından Dövlət Bayrağı Meydanı istiqamətində geriyə hərəkət edəcəklər.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB