Fergusyon: "Berbatov komandadan getməyə qərar verib"

Fergusyon: "Berbatov komandadan getməyə qərar verib"
İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Aleks Ferguson, komandanın bolqarıstanlı forvardı Dimitar Berbatov barədə açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi, komandadan getməsi hər an reallaşmaq üzrə olan bolqar futbolçunu əfsanə adlandıraraq, D.Berbatovun komandada qalmasında maraqlı olduğunu dilə gətirib. A.Fergusyon bildirib ki, D.Berbatov komandadan ayrılmağa qərar verib: "Lakin mən onun komandada qalmasını çox istərdim. O çox güclü futbolçudur. Hansı komandaya gedərsə, hər zaman qiymətli futbolçu olacaq. Bundan əminəm. Əgər sərfəli transfer təklifi gələrsə, biz onun yaxşı komandaya transfer olunması üçün əlimizdən gələni edəcəyik"-deyə şotlandiyalı mütəxəssis fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə