"Abola" qəzeti: "Qalatasaray" braziliyalı futbolçuya görə "PSJ"-yə 12 milyon avro təklif edir

"Abola" qəzeti: "Qalatasaray" braziliyalı futbolçuya görə "PSJ"-yə 12 milyon avro təklif edir
İstanbulun "Qalatasaray" futbol klubu daha bir transferi reallaşdırmaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, Burak Yılmazı, Hamit Altıntopu və Amrabat kimi futbolçuları son bir həftədə heyətinə cəlb edən İstanbul nəhəngi, indi də Fransanın "PSJ" klubunun braziliyalı futbolçusu Neneni heyətinə qatmağa hazırlaşır. Portuqaliyanın yüksək tirajlı "Abola" qəzeti yazır ki, "cim bom" braziliyalı futbolçunu transfer etmək üçün Fransa klubuna 12 milyon avro təklif etməyə hazırlaşır. Dünən Zlatan İbrahimoviç kimi ulduz futbolçunu heyətinə cəlb edən "PSJ"-nin "Qalatasaray"ın təklifinə müsbət yanaşdığı da yazıda qeyd olunur. Qəzet yazır ki, tərəflər arasında transfer məsələsi ilə bağlı son qərar cümə günü veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə