İbrahimoviçi "Paris Sen Jermen"ə göndərən "Milan" yeni futbolçu axtarışına vaxt itirmədən başlayıb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Sen Jermen"in siyahısının ilk sırasında "Mançestr Siti"li futbolçu Edin Dzeko qərarlaşıb.
Məlumat üçün bildirək ki, Tiaqo Silva və Zlatan İbrahimoviçi "Paris Sen Jermen"ə transfer edərək 65 milyon avro əldə edən "Milan" yeni futbolçunu axtarır. Santrofer üçün isə ilk namizəd Edin Dzekonun olduğu bildirilir.
Qeyd edək ki, 2010-2011-ci illər mövsümündə 37 milyon avro qarşılığında "Volfsburq"dan "Mançestr Siti"yə transfer olunan Edin Dzeko İngiltərədə lazımi qədər forma geyinə bilmə şansı əldə edə bilməyib. David Silva, Serxio Aquero və Mario Balotelli kimi forvatların yanında ilk 11-likdə meydana çıxa bilməyən bosniyalı hücumçu üçün Roberto Mançini də təkliflərə açıq olduğu istiqamətində mesajlar vermişdi.
Edin Dzekonun 26 yaşlı meneceri Sid Suzik italiyan mətbuatına açıqlamasında transfer haqqında bunları deyib: "Milan"ın idarə heyəti ilə bəzi görüşlərimiz oldu, danışıqlarımız hələ də davam edir. Gələcəkdə nələr olacağını qarşıdakı günlərdə görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB