\"Qarabağ\" Boluda 2-ci məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, qardaş ölkəyə gedən komanda sürətlə hazırlıqlarını davam etdirir. \"Qarabağ\"ın axşam məşqi yerli vaxtla 18:30-da baş tutub. 90 dəqiqə davam edən məşq toplu çalışmalara həsr olunub. Yüksək tempdə çalışmada futbolçuların istək və əzmi texniki heyəti məmnun edib. Səhər məşqində fərdi çalışan Hacı Əhmədov kollektiv çalışmalarda iştirak etsə də, yüngül zədə alan Rəşad Sadıqov və Rauf Əliyev məşqi kənardan seyr edib. Qeyd edək ki, Ağdam təmsilçisi bu gün axşam saatlarında \"Tavşanlı Linyitspor\"la qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB