Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Mərkəzində yerləşən "Dalğa Arena" stadionunda Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "İnter" və "Asteras Tripolis" komandaları arasında ilk qarşılaşma keçiriləcək. Siasport.az saytının məlumatına görə, "İnter"-"Asteras-Tripolis" matçı saat 21.00-da başlayacaq.
Qeyd edək ki, turnirin ilk təsnifat mərhələsində Azərbaycanın \"İnter\" komandası Estoniyanın \"Trans-Narva\" klubunu məğlub etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB