\"Qarabağ\" klubu daha bir futbolçunu heyətinə daxil etməyə hazırlaşır
Xəbər verdiyimiz kimi, "Qarabağ" Türkiyədə təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Siasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi eyni zamanda transfer çalışmalarını da davam etdirir.
Məlumat üçün bildirək ki, "Qarabağ" təlim-məşq çərçivəsində yeni futboçunu da baxışdan keçirir. Bu, ön xətt oyunçusu Krist Mbondidir. Kamerunlu futbolçu İsveçrənin \"Syon\" klubundan gəlib. Ölkəsinin gənclər millisinin formasını geyinən Mbondi ötən il gənclər arasında baş tutan dünya çempionatında Kamerunun şərəfini qoruyub. 1992-ci təvəllüdlü futbolçu 180 santimetr boya malikdir.
Qeyd edək ki, futbolçu haqqında qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB