Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası növbəti səfərinə hazırlaşır. Siasport.az saytının məlumatına görə, avqustun 16-dan 24-ə qədər Moldovanın paytaxtı Kişinyovda U- 19 yığmamız təlim-məşq toplanışı keçiriləcək. Toplanış çərçivəsində yığmamızın moldovalı həmyaşıdları iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, hazırlıq prosesinə dəvət olunacaq futbolçuların siyahısı hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB