London Olimpiyadasında Azərbaycanı kimlər təmsil edəcək? – TAM SİYAHI

London Olimpiyadasında Azərbaycanı kimlər təmsil edəcək? – TAM SİYAHI

Bu gün Azərbaycanı London-2012 Yay Olimpiya Oyunlarında təmsil edəcək milli komandanın tam tərkibi müəyyənləşib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Londonda 17 idman növü üzrə ümumilikdə 53 idmançı ilə təmsil olunacaq.


Onların siyahısını sizə təqdim edirik.

JÜDO. İlqar Muşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq), Ramil Yusubova (63 kq).

BOKS. Elvin Məmişzadə (52 kq), Maqomed Abdulhəmidov (56 kq), Qeybatulla Hacəəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq), Maqomedrasul Məcidov (91-dən çox kq), Yelena Vıstrropova (qadın boks, 75 kq).

SƏRBƏST GÜLƏŞ. Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq), Cəmaləddin Maqomedov (120 kq).

YUNAN-ROMA GÜLƏŞİ: Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq).

QADIN-SƏRBƏST GÜLƏŞ. Mariya Stadnik (48 kq), Yuliya Ratkeviç (55 kq).

AĞIR ATLETİKA. Valentin Xristov (56 kq), Əfqan Bayramov, Sərdar Həsənov (hər ikisi – 69 kq), İntiqam Zahirov (94 kq), Veliçko Çolakov (105-dən çox kq), Boyanka Kostova (58 kq).

KANOE VƏ QAYIQ: Sergey Bezuqlıy və Maksim Prokopenko (1000), Valentin Demyanenko (200 m).

AVARÇƏKMƏ. Aleksandr Aleksandrov (2000 m), Natalya Mustafayeva (2000 m).

YÜNGÜL ATLETİKA. Dmitri Marşin (çəkic atma), Layeş Abdullayeva (3000 metr və 5000 metrə qaçış), Hayle İbrahimov (5000 metrə qaçış).

TAEKVANDO. Fəridə Əzizova (67 kq), Ramin Əzizov (80 kq).

ÜZGÜÇÜLÜK. Oksana Hətəmxanova (100 metr, brass), Yevgeni Lazuka (100 metr batterflay).

ATICILIQ. İradə Aşumova (pnevmatik silahdan 25 m-ə atış).

VELOSİPED. Yelena Çalıx

BƏDİİ GİMNASTİKA. Aliyə Qarayeva

İDMAN GİMNASTİKASI. Şakir Şıxəliyev

ATÇILIQ-ÇAPAR. Camal Rəhimov.

QILINCOYNATMA. Sabina Mikina

Bütün xəbərlər Facebook səhifəmizdə