Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri,
müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində uğurla çıxış
etmiş Samir Əliyev futbolçu karyerasını başa vurub. Siasport.az saytının məlumatına görə, UEFA Çempionlar
Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena"da
keçirilmiş "Neftçi" - "Zestafoni" oyununun fasiləsində
Samir Əliyevə AFFA-nın və "Neftçi" PFK-nın hədiyyələri verilib.
AFFA-nın hədiyyəsini İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları
İctimai Birliyinin prezidenti İskəndər Cavadov, "Neftçi" PFK-nın
hədiyyəsini isə klubun vitse-prezidenti Tahir Süleymanov təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB