Fransanın "PSJ" klubu "Milan"ın daha bir üzvünü heyətinə qatıb. Siasport.az saytının İngiltərə mətbuata istinadən verdiyi məlumata görə, Paris klubu Zlatan İbrahimoviçlə də transfer şərtlərində anlaşıb. Bu barədə "PSJ"-nin idman direktoru Leonardo mətbuata açıqlama verib: "Zlatan İbrahimoviçin transferini tamamladıq. Artıq o bizim tariximizi yazacaq".
Məlumat üçün bildirək ki, futbolçunun meneceri Mino Rayola da xəbərin doruluğunu təsdiqləyib: "Zlatan da daxil olmaqla hər kəs çox sevinclidir. Parisin gözəl şəhər olduğunu söyləmək üçün daha bir səbəbimiz var".
Xatırladaq ki, İbrahimoviç 2010-2011 mövsümündə "Barcelona"dan "Milan"a icarəyə verilib və 2011-ci ildə bu kluba rəsmi olaraq transfer olunub. O, "Milan" komandasında 61 oyun keçirib və aktivinə 42 qol yazdıra bilib. Zlatan əvvəllər İsveçin "Malmö", Hollandiyanın "Ajax", İtaliyanın "Yuventus" və "İnter" komandalarında oynayıb. İsveç millisində isə 80 oyun keçirən ulduz futbolçu 33 qol vurub.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB