Fatih Kavlak: \"İdeal 11-liyimizi formalaşdıracağıq\"

Fatih Kavlak: \"İdeal 11-liyimizi formalaşdıracağıq\"

"Qəbələ"nin baş məşqçisi Fatih Kavlak Sloveniyada Serbiya təmsilçisi "İndiya" klubu ilə (0:2) baş tutan ikinci yoxlama oyunundan sonra açıqlama verib. Siasport.az saytının verdiyi xəbərə görə, türkiyəli məşqçi belə oyunların taktiki-texniki səhvləri görmək baxımından önəmli olduğunu söyləyib: "Yeni mövsüm öncəsi ikinci hazırlıq matçımızı oynadıq. Gərgin və maraqlı oyun oldu. Hər hissədə fərqli komandalarla meydançaya çıxdıq. Bu cür oyunlar taktiki-texniki səhvləri görmək baxımından çox önəmlidir. Sürətli bir komandaya qarşı yüksək tempdə mübarizə apardıq. Təbii ki səhvlərimiz oldu. Bu səhvlərimizi aradan qaldıracağıq. Hər şey planlaşdırdığımız kimi gedir".


Məlumat üçün bildirək ki, baş məşqçi həmçinin qarşıdakı yoxlama oyunlarında sabit heyətlə meydançaya çıxacaqlarını da bildirib: "Qarşıda daha 4 oyunumuz var. Bu oyunlarda ideal 11-liyimizi formalaşdıracağıq. Arxada qoyduğumuz iki oyun fiziki və taktiki baxımdan keçid oyunları idi. Artıq növbəti matçlarda meydançaya çıxan futbolçular 90, 80, 70 dəqiqə mübarizə aparacaqlar. Getdikcə matçları bir neçə əvəzetmə ilə tamamlayacağıq. Bu özünü qarşılaşmaların nəticələrində də göstərəcək. Hazırda məqsədimiz futbolçular arasında anlaşmanı, təmin etmək möhkəmləndirməkdir".


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə