“Qəbələ” Serbiya klubuna uduzub

“Qəbələ” Serbiya klubuna uduzub
Sloveniyada hazırlıqlarını davam etdirən "Qəbələ" futbol klubu ikinci yoxlama oyununu keçirib.
Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fatih Kavlakın yetirmələri Serbiya təmsilçisi "İndja" ilə üz-üzə gəliblər.
Qarşılıqlı hücumlar şəraitində keçən oyun Serbiya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" Sloveniyadakı ilk yoxlama oyununu Çexiya təmsilçisi "Karvina" klubuna qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə