“Qarabağ” yenidən Türkiyəyə yollanıb

“Qarabağ” yenidən Türkiyəyə yollanıb
"Qarabağ" klubu yenidən Türkiyəyə yollanıb. Siasport.az saytının məlumatına görə, təlim-məşq toplanışının II mərhələsi üçün komanda yenidən qardaş ölkəyə səfər edib.

Məlumat üçün bildirək ki, İyulun 14-də Qızılcahamamda ilk mərhələni başa vuraraq geri qayıdan Ağdam klubu 3 günlük aradan sonra bu dəfə fərqli məkana gedib. Bakı – İstanbul reysiylə hərəkət edən komanda sonuncu şəhərdən avtobusla Boluya hərəkət edəcək. "Qarabağ" klubu Bolunun Gerede adlı qəsəbəsindəki Essentepe otelinə yollanacaq. İyulun 30-na kimi adıçəkilən məkanda məskunlaşacaq futbolçular 13 günlük müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, komanda İyulun 30-da Ankara – Bakı reysi ilə geri dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə