"Biz Azərbaycana qələbə dalınca gedirik. İstəyirik
ki, Lənkəranda yaxşı nəticə qazanıb, evdə rahat oynayaq". Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə Polşanın "Lex" klubunun
futbolçusu Hubert Volakiyeviç çıxış edib. Avroliqanın II təsnifat
mərhələsində sabah "Xəzər Lənkəran"la səfər oyununa çıxacaq təcrübəli
müdafiəçi qol vurmağın vacibliyini qeyd edib: "Evdən kənarda qol vursaq,
bu, öz meydanımızdakı cavab matçı öncəsi bizə üstünlük verəcək. Bu
zaman mövqeyimiz güclənəcək. Bunu nəzərə alaraq, Azərbaycana
yollanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB