Sabah UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq Polşanın "Lex" klubunun məşqçisi Yatsek Terpilovski bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Polşa klubunun təmsilçisi bildirib ki, onlar cənub təmsilşisinin hazırkı heyəti ilə bağlı bütün məlumatları əldə ediblər və bu görüşə ciddi hazırlaşırlar: "Komandada əsasını
beynəlxalq səviyyədə təcrübəsi olan futbolçular təşkil edir. Start
heyətində adətən 5-6 legioner yer alır. Onlar ötən illərdə Avropanın
yaxşı klublarında oynayıb. Bunlardan vaxtilə "Roma"da oynamış rumıniyalı
Adrian Piti qeyd edə bilərəm. "Xəzər Lənkəran"ın müdafiə xəttində
ölkəsinin futbolçularının yer almağı layiq görülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB