"Penaltilər seriyası əsl lotoreyadır"

"Penaltilər seriyası əsl lotoreyadır"

Madrid "Real"ının portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo, La Liqada keçirdiyi ötən mövsüm barədə fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, dünyanın ən bahalı futbolçusu "Goal.com"a verdiyi müsahibədə, İspaniya La Liqasının dünyanın ən çətin çempionatı olduğunu dilə gətirib: "Ötən mövsüm La Liqanı qazanmaq ilin ən önəmli hadisəsi idi. "Barselona" kimi bir komandanı 9 xal qabaqlamaq heç də asan deyildi. Məncə, La Liqa dünyanın ən çətin çempionatlarından biridir. Ancaq biz bunu bacardıq. Təəssüf ki, ötən mövsüm Çempionlar Liqasında "Bavariya"ya penaltilər seriyasında məğlub olduq. İlk penalti zərbəsini mən vurmuşdum və bundan yararlana bilməmişdim. Futbolda hər şey olur. Hər kəs bilir ki, penaltilər seriyası əsl lotoreyadır".

Bütün xəbərlər Facebook səhifəmizdə